12px13px15px17px
Tarix:11/07/18

“WhatsApp” Hindistanda qətllərin qarşısını alacaq

“WhatsApp” messenceri Hindistan sakinləri üçün yalan xəbərlərlə mübarizə üzrə təlimat təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, təlimatda xəbərin mənbəyinə baxaraq digər resursların informasiyası ilə müqayisə etmək, fotoya diqqət yetirmək və xəbərdə yazılanla tutuşdurmaq, xəbərləri ehtiyatla yaymaq kimi əsas tövsiyələr yer alıb.

Məlumata görə, messencer təlimatı şayiələrin yayılması ilə əlaqədar baş verən qətllərin qarşısını almaq məqsədilə təqdim edib. Belə ki, Hindistanda messencerdə yayılan yalan xəbərlərə görə insanlara hücumların sayı artıb. İnsidentlərdən biri kimi kütlənin bir qrup insanı uşaqların oğurlanması ilə bağlı şayiələrə görə ölümcül döyməsi qeyd olunur. Baş vermiş hadisədə zərərçəkənlərin təqsiri sübuta yetirilməyib, hücum edənlər “Whatsapp”da fərziyyələrə inanıblar.

Bildirilir ki, ölkə hökuməti messencerdə təsdiq olunmamış xəbərlərin yayılmasının qarşısının alınmasını tələb edib. Uşaqların oğurlanması ilə bağlı oxşar şayiələrə görə ötən ay Hindistanda azı 8 nəfər qətlə yetirilib.

Belə reaksiyanın başlıca səbəbi kimi ölkədə rəqəmli texnologiyaların yeniliyi göstərilir. İnsanlar messencer və sosial şəbəkələrdə şayiələrə qarşı çox həssaslıq nümayiş etdirirlər. Əhalisinin sayı 1,3 milyard nəfər təşkil edən Hindistanda “WhatsApp”da 200 milyon qeydiyyatdan keçib.

Nizam Nuriyev





Baxış sayı: 186

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2018

17 11 2018

17/11/18
“Huawei” 2020-ci ilə dünyada əsas smartfon istehsalçısı olmağı planlaşdırır

Çinin “Huawei Technologies” şirkəti 2020-ci ilədək dünyada smartfonların satış 

17/11/18
“Google Play”da kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı proqramlar aşkar edilib

“ESET” şirkətinin mütəxəssisləri “Google Play” proqramlar mağazasında kriptovalyuta 

17/11/18
Bütün “Android” qurğularının istifadəçiləri izləmənin qurbanı olublar

“Nightwatch Cybersecurity” şirkətinin mütəxəssisləri “Android” sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar