12px13px15px17px
Tarix:11/07/18

“Gartner”: “Kompüter qurğuları bazarında durğunluq hökm sürür”

“Gartner” şirkəti dünya kompüter qurğuları (masaüstü sistemlər, noutbuk, ultrabuk, planşet, smartfon və mobil telefonlar) bazarı üzrə proqnoz təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, 2017-ci ildə qeyd olunan kateqoriyalara aid qurğuların ümumi tədarükü 2,26 milyard ədəd səviyyəsində olub. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl satış həcmi 2,33 milyard ədəd təşkil edib. Beləliklə, 3 faizə yaxın azalma qeydə alınıb. 

Analitiklərin proqnozuna görə, bu il bazarın həcmi 2,28 milyard ədədə çatacaq. Bu, ötən illə müqayisədə 0,9 faiz artıma uyğun olacaq.

2019-cu ildə tədarükün 2,30 milyard ədəd, 2021-ci ildə isə təxminən 2,31 milyard ədəd təşkil edəcəyi gözlənilir.

Başqa sözlə, qlobal kompüter qurğuları bazarında durğunluq hökm sürür: satış zəif templə artacaq.

Bundan əlavə, müxtəlif tipli kompüterlər seqmentində tələbatın azalacağı proqnozlaşdırılır. 2018-2019-cu illərdə tədarük 2017-ci ildəki 420 milyon ədəddən 415 milyon ədədədək, 2020-ci ildə isə 413 milyon ədədədək azalacaq.

Mobil qurğular sektorunda 2018, 2019 və 2020-ci illərdə tədarük həcminin 2017-ci ildəki 1,84 milyard ədəddən müvafiq olaraq 1,87, 1,89 və 1,90 milyard ədədədək artacağı gözlənilir.
 
Nizam Nuriyev





Baxış sayı: 177

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2018

17 11 2018

17/11/18
“Huawei” 2020-ci ilə dünyada əsas smartfon istehsalçısı olmağı planlaşdırır

Çinin “Huawei Technologies” şirkəti 2020-ci ilədək dünyada smartfonların satış 

17/11/18
“Google Play”da kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı proqramlar aşkar edilib

“ESET” şirkətinin mütəxəssisləri “Google Play” proqramlar mağazasında kriptovalyuta 

17/11/18
Bütün “Android” qurğularının istifadəçiləri izləmənin qurbanı olublar

“Nightwatch Cybersecurity” şirkətinin mütəxəssisləri “Android” sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar