12px13px15px17px
Tarix:11/07/18

Dünya alimləri Bakıya toplaşıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli  İdarəetmə və Optimallaşdırma 6-cı Beynəlxalq Konfransı (COIA-2018) keçirilir. Konfrans akademik mühit və ali təhsil müəssisələrindən olan tədqiqatçıların, eyni zamanda tələbələrin fikirlərini bölüşmək, eləcə də son elmi nəticələri müzakirə etmək üçün platforma rolunu oynayır. Artıq ənənə halını almış bu konfrans Bakıda üçüncü dəfə təşkil olunur.
 
Beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən 250-yə yaxın alim və tədqiqatçı iştirak edir. İştirakçılar arasında Azərbaycan, Türkiyə, Böyük Britaniya, İspaniya, Rusiya, Braziliya, Meksika, Ukrayna, Serbiya, Fransa, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Pakistan, Yunanıstan, Bolqarıstan kimi ölkələrin görkəmli alimləri var.
 
Salamlama nitqi ilə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dünyada dinamik inkişafından söz açıb. O qeyd edib ki, bu sahə ölkəmiz üçün də prioritet sahələrdən biridir və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.
 
Dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir. Ölkəmizdə qurulan müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun dünya standartlarına uyğunlaşdırılması istiqamətində davamlı iş aparılır.

"Qeyd etmək istəyirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə nəşr olunan "Tətbiqi və hesablama riyaziyyatı" beynəlxalq jurnalı təsir əmsalına görə dünyanın 252 nəşri içərisində 19-cu yerdə qərarlaşıb.  Jurnalın redaksiya heyətinin üzvləri də buradadır. Onları da salamlayıram və düşünürəm ki, bundan sonra da elmin inkişafına xidmət edən bu jurnalın reytinqinin artması istiqamətində çalışacaqlar .
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Proqramda yüksək texnologiyalar sahəsində dövlət, elm, təhsil əlaqələrinin genişləndirilməsi, xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislərlə birgə layihələrin həyata keçirilməsi və s. istiqamətlərdə tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin icrası Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub", - deyə nazir bildirib.
 
R. Quluzadə nazirliyin Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və onun müvafiq institutları ilə sıx əməkdaşlıq etdiyini bildirib və birgə əməkdaşlığın ölkəmizin sosial-iqtisadi, eləcə də elmi-texnoloji inkişafına önəmli töhfə verəcəyinə əminliyini ifadə edib.
 
"Müntəzəm olaraq dünyanın bir çox ölkələrində tanınmış alimlərin iştirakı ilə keçirilən İdarəetmə və Optimallaşdırmanın Sənaye Tətbiqləri üzrə 6-cı Beynəlxalq Konfrans elm aləmində beynəlxalq hadisəyə çevrilib.  Bu konfrans, həmçinin Azərbaycan elminin dünya elminə inteqrasiyasında müəyyən mənada rol oynayıb. Düşünürəm ki, bu tədbir yeni ideyaların formalaşmasına, geniş tətbiq sahələrinin yaranmasına öz töhfəsini verəcək. Alimlərin bir araya gəlməsinə və dünyamızın inkişafı naminə yeni-yeni uğurlar qazanmasına rəvac verəcək".
 
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu deyib. Rektor adıçəkilən sahənin BDU-da da aparıcı istiqamətlərdən biri olduğunu vurğulayıb. Elmin inkişafına Azərbaycan dövləti tərəfindən göstərilən dəstək, diqqət və qayğıya görə minnətdarlığını da ifadə edən A.Məhərrəmov məhz bu səbəbdən beynəlxalq reytinqlərdə ölkəmiz üzrə göstəricilərin ilbəil artmasını nəzərə çatdırıb. 
 
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun direktoru Fikrət Əliyev isə konfransın tarixindən və əhəmiyyətindən söz açıb.
 
Daha sonra ABŞ universitetinin tanınmış professoru Tamer Başarın konfransa təbrik məktubu oxunub. Çıxış edən ukraynalı alim, professor Vladimir Larin və digər qonaqlar konfransın işinin fəal və məhsuldar keçəcəyinə ümid etdiklərini bildirərək, ona fəaliyyətində uğurlar arzulayıblar.
 
Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq elmi tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin də geniş müzakirəsi nəzərdə tutulur. Konfransın mövzularına "İdarəetmə  Nəzəriyyəsi", "Optimallaşdırma", "İntellektual sistemlər", "Faizi İdarəetmə", "Şəbəkə və telekommunikasiya", "Ədədi və hesablama metodları", "Riyazi modelləşdirmə və simulyasiya", "Sənaye və iqtisadiyyatda tətbiqlər",  "İdentifikasiya" , "Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi" kimi istiqamətlər daxildir.
 
Konfrans çərçivəsindəki plenar görüşlərdə idarəetmə və optimallaşdırmanın bütün aspektlərinə dair  tanınmış alimlər tərəfindən təqdimatlar ediləcək.












Baxış sayı: 379

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Sentyabr 2018

18 09 2018

18/09/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 21 sentyabr 2018-ci il tarixində saat 12:00-da

18/09/18
“iOS12” əməliyyat sistemi təqdim olunub

“Apple” şirkəti “iOS” əməliyyat sistemini yeniləyib. “ICTnews” Elektron Xəbər Xidməti 

18/09/18
Pekin süni intellekt şirkətlərinin sayına görə dünya şəhərləri arasında birincidir

Çin süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin sayına görə dünyada ikinci 

18/09/18
“Samsung Galaxy S10” smartfonunun ilk fotoşəkili dərc olunub

“Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Don-Cin Koh Çin KİV-i ilə söhbət zamanı növbəti 

18/09/18
Yeni “iPhone” smartfonları “eSIM” texnologiyasını populyarlaşdıracaq

Analitiklər virtual SİM kart texnologiyasını dəstəkləyən smartfonlara tələbatın yüksələcəyini proqnozlaşdırır

18/09/18
“Samsung” və “Google” şirkətləri qabaqcıl messencer hazırlayır

Dünyada ən böyük smartfon istehsalçısı olan “Samsung Electronics” şirkəti “Google” ilə əməkdaşlığa 

18/09/18
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən  

18/09/18
İlk kosmik turist təqdim edilib

“SpaceX” şirkətinin təsisçisi və baş direktoru İlon Mask “Big Falcon Rocket” korporasiyasının