12px13px15px17px
Tarix:12/07/18

Dövlət strukturları üçün lisenziyalı proqram təminatının alınması haqqında saziş imzalandı

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN)  "Microsoft" şirkəti ilə dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş imzalayıb.     

 

Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini (20,000 lisenziya)  "Microsoft" proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq (10,000 lisenziya) nəzərdə tutulub.

 

Bundan əlavə, sazişin bağlanması zamanı "Microsoft" şirkəti tərəfindən təqdim olunan "Tələbə Üstünlükləri" proqramından da yararlanaraq Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinin tələbələri üçün (~150.000 nəfər) əlavə olaraq pulsuz "Microsoft Windows" və "Microsoft Office" proqram təminatı əldə olunub.

 

Sözügedən sazişə əsasən, NRYTN və "Microsoft" dövlət strukturlarında proqram təminatının lisenziyalaşdırılması ilə bağlı əməkdaşlığın ikinci mərhələsini reallaşdıracaq. Belə ki, 2011-ci ildə artıq 10000 kompüter dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün  lisenziyalaşdırılaraq (Windows, Office ProPlus və Core CAL) istifadəyə verilmişdi. 

 

"IDC (International Data Corporation)" şirkətinin 2017-ci il üzrə araşdırmasına əsasən, Azərbaycan üzrə lisenziyasız proqram təminatından istifadədə əvvəlki illərə nisbətən azalma müşahidə olunub. Tələb olunan lisenziyaların əksər hissəsi isə, məhz "Microsoft" (Windows və Office) şirkətinin məhsullarıdır. 

 

Adıçəkilən saziş nəticəsində əldə olunan lisenziyalı proqram təminatının dövlət qulluqçuları tərəfindən istifadə olunması informasiya sistemlərinin və şəxsi məlumatların beynəlxalq kiberhücumlardan qorunma səviyyəsini artıracaq. Təhsil müəssisələrinin lisenziyalaşdırılması isə tələbə və müəllimlərə lisenziyalı proqram təminatından istifadə etməyə imkan verəcək. Bu da öz növbəsində, özəl sektorda  və ümumilikdə ölkə üzrə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin 3 il ərzində kəskin azalmasına gətirib çıxaracaq.

 

Sazişin əsas məqsədi bu sahədə xərclərə qənaət etmək, ölkənin əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək, bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə ölkədə elektron xidmətlərdən istifadə sayını artırmaqdır.

 

Qeyd edək ki, lisenziyasız proqram təminatının çox olduğu ölkələrdə kiberhücum riski yüksəlir, kompüter elmləri sahəsində təhsilin səviyyəsi aşağı düşür, yüksək texnoloji iş yerləri azalır və intellektual mülkiyyət hüquqlarının qorunmasında çətinlik yaranır.

 

Mülkiyyət hüquqlarının qorunması ölkənin Rəqabətqabiliyyətlilik İndeksinin (Davos Ümumdünya İqtisadi Forumu) əsas komponentlərindən biridir.

 

Bundan əlavə, Dünya Bankının «Ease of Doing Business» indeksi üzrə Azərbaycanın mövqeyinə müsbət təsir edəcək saziş, sahibkarlığın yaxşılaşdırılması üzrə görülən institusional tədbirlərə və ölkədə investisiya mühitinə də təkan verəcək.

 

Layihənin operatoru qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC çıxış edəcək.  





Baxış sayı: 518

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Fevral 2019

22 02 2019

22/02/19
"İdeyadan Biznesə" layihəsi çərçivəsində Mingəçevirin ən yaxşı innovativ layihələri müəyyənləşib

"İdeyadan Biznesə" layihəsi çərçivəsində cari ilin ilk startap turu fevralın 21-də Mingəçevir şəhərində təşkil olunub

22/02/19
“Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda təlim keçirilib

22 fevral 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya

22/02/19
“Galaxy S10+” smartfonunun “selfi”-kamerası “DxOMark” reytinqində birinci yeri tutub

Kameraların peşəkar müqayisəsi ilə məşğul olan tanınmış “DxOMark” xidmətinin sahibi olan “DxO Labs” 

22/02/19
Alaq otlarını tapıb məhv edən kənd təsərrüfatı robotu təqdim edilib

Avstraliyalı mühəndislər tərəfindən təqdim edilmiş “SwagBot” adlı kənd təsərrüfatı robotu kompüter 

22/02/19
“InSight” aparatı Marsın havası haqqında gündəlik məlumat verəcək

“InSight” stansiyası Qırmızı planetin havası haqqında gündəlik hesabatlar göndərəcək.

22/02/19
Kibertəhlükəsizliyin təmini üçün həllər bazarının həcmi 202,3 milyard dollara çatacaq

İnformasiya təhlükəsizliyi həlləri bazarının təhlilini aparan “Frost & Sullivan” beynəlxalq konsaltinq 

22/02/19
“WinRAR” proqramında 19 il mövcud olan səhv aşkarlanıb

“RAR” və “ZIP” formatlarında arxivlərin yaradılması və təşkili üçün istifadə edilən populyar “WinRAR

22/02/19
“Apple”ın innovasiya şirkətlərinin reytinqi üzrə mövqeyi zəifləyib

Bir il ərzində “Apple” şirkətinin innovasiya şirkətlərinin reytinqindəki mövqeyi zəifləyərək 1-ci yerdən