12px13px15px17px
Tarix:26/10/11

“Google” şirkəti “Chrome 15” səyyahının sabit versiyasını çıxarıb

“Google” şirkəti bu gün “Chrome” səyyahının 15-ci versiyasını çıxarıb. Şirkətin məlumatına əsasən, “Chrome” səyyahının 15-ci versiyasında elə qlobal dəyişikliklər olmayıb. Dəyişikliklərin çox hissəsi kosmetikdir.

Belə ki, şirkət əsas diqqəti vərəqlərin (tab) dizaynına və səyyahın idarəetmə elementlərinə yönəldib. Həmçinin, “Google” şirkəti “Chrome Web Store” əlavələr mağazasını yenidən dizayn edib.

Səyyahın yeni versiyasını “google.com/chrome” saytından, ya da ki səyyaha inteqrasiya edilmiş yeniləmə sistemi vasitəsilə yükləmək olar.



Baxış sayı: 1264

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024