12px13px15px17px
Tarix:16/07/18

İlk üçölçülü rəngli rentgen şəkli çəkilib

Yeni Zelandiya alimləri tibbi diaqnostika sahəsini inkişaf etdirəcək texnika vasitəsilə dünyada ilk dəfə olaraq insanın üçölçülü rəngli rentgen şəklini çəkiblər.

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, ənənəvi qara-ağ rentgen çəkilişinə əsaslanan yeni qurğu Böyük Adron Kollayderi üçün hazırlanan hissəciklərin izlənməsi texnologiyasından istifadə edir. Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) "Medipix" adlı texnologiyası ayrı-ayrı subatom hissəcikləri açıq çaxmaqda piksellərlə toqquşan zaman onları aşkarlayan və hesablayan kamera kimi işləyir. Bu, yüksək təsvir ölçüsünə və yüksək kontrastlığa malik şəkillərdən istifadəyə imkan verir.
 
"CERN" mühəndislərinin sözlərinə görə, şəkillərdə sümük toxuması, əzələlər və qığırdaq arasında fərq çox aydın görünür. Bundan başqa, xərçəng şişlərinin vəziyyətini və ölçüsünü yaxşı görmək mümkündür.
 
Daha dəqiq şəkillər həkimlərə xəstəlikləri dəqiq diaqnozlaşdırmağa imkan verir. Texnologiya layihənin hazırlanmasında iştirak edən Otaqo və Kenterberi universitetləri ilə əlaqədar Yeni Zelandiyanın "MARS Bioimaging" şirkəti tərəfindən kommersiya istifadəsinə verilib.
 
Nizam Nuriyev





Baxış sayı: 524

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024