12px13px15px17px
Tarix:19/07/18

Elastik ekranlı “Samsung” smartfonu nə vaxt buraxılacaq?

"Samsung" şirkəti 2019-cu ilin ilk yarısında kitab kimi bükülən elastik ekranlı smartfon buraxmağı planlaşdırır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, yeni qurğu portmanat ölçüsünədək tən yarıya əyilən 7 düym diaqonallı ekran, eləcə də iki displeyin enerji ilə təmini üçün yüksək tutumlu akkumulyatorla təchiz ediləcək. Bükülmüş şəkildə ön tərəfdə kiçik displey aktiv olacaq, arxa paneldə isə kameralar quraşdırılacaq. Şayiələrə görə, istehsalına 2011-ci ildə başlanılan smartfonun təqdimatı 2016-cı ilin sonuna gözlənilsə də, buraxılışı bir neçə dəfə təxirə salınıb.
 
Məlumata görə, təxmini qiyməti 1500 dollar təşkil edəcək smartfon modeli "Winner" ("Qalib") adlanır. Qiymətin baha olması qurğuya xüsusilə oyun həvəskarları arasında populyar məhsul olmağa imkan verəcək. İlkin satışlar uğurlu olacağı təqdirdə Cənubi Koreya şirkəti növbəti ilin ikinci yarısında kütləvi istehsala başlamağı nəzərdə tutur.
 
Elastik ekranla təchiz edilən smartfonun 2019-cu il yanvarın 8-11-də keçiriləcək "CES" sərgisində təqdim ediləcəyi gözlənilir.
 
Nizam Nuriyev




Baxış sayı: 173

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Aprel 2020

04/04/20
“Moto G8 Power Lite” smartfonu təqdim edilib

“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.

03 04 2020

03/04/20
Analitiklər pandemiyanın İT bazarına təsirini qiymətləndiriblər

“IDC” analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə qlobal informasiya texnologiyaları bazarının həcm

03/04/20
“Xiaomi” şirkəti “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti yeni “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib. İndoneziyada təqdim edilmiş apar

03/04/20
Koronavirusa görə mobil əlavələr üçün xərclər iki dəfə artacaq

Koronavirusa görə izolyasiya fonunda mobil əlavələrin populyarlığının artması beş il ərzində proqramlarda

03/04/20
Smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün texnologiya təqdim olunub

Karneqi-Mellon Universitetinin mütəxəssisləri smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün t

03/04/20
İkiekranlı “Asus” oyun noutbuku təqdim olunub

“Asus” şirkəti iki ekranla təchiz edilən “ROG Zephyrus Duo 15” oyun noutbukunu nümayiş etdirib.

03/04/20
“Samsung” karantinə yerləşdirilən koronavirus xəstələrinə smartfonlar paylayır

Cənubi Koreyanın “Samsung” şirkəti koronavirus epidemiyası ilə mübarizəyə töhfə verməyə başlayaraq xəstə,

03/04/20
“NASA” koronavirusla mübarizə ilə məşğul olacaq

ABŞ Kosmik Agentliyi (NASA) bütün planeti bürüyən və on minlərlə insanın həyatına 

03/04/20
“Facebook” pulsuz qrup videoçat funksiyasına malik proqramını təqdim edib

“Facebook” şirkəti istifadəçilərə “Zoom” kommunikasiya xidmətinin analoqunu – “Messenger”in mas

03/04/20
“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib

“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib. Hərəkət radiusu 1