12px13px15px17px
Tarix:19/07/18

“Nokia” yeni smartfonunu təqdim edib

“Nokia” brendi altında smartfonlar təqdim edən “HMD Global” şirkəti alüminiumdan hazırlanmış korpusa malik və tərəflər nisbəti 18:9 təşkil edən 5,5 düymlük ekranla təchiz edilmiş yeni “Nokia 5.1” modelini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “yugopolis.ru” saytına istinadən yazır ki, aparat 2 QHs takt tezliyində işləyən “MediaTek Helio P18” prosessoru, 2 QB-lıq əməli yaddaş və 16 QB-lıq daxili yaddaşla təchiz edilib. 2  QB-lıq  əməli yaddaş və 32 QB-lıq daxili yaddaşa malik versiya da var. Tutumu 125 QB-dək olan “microSD” yaddaş kartlarının quraşdırılması dəstəklənir.

“Nokia 5.1” smartfonu iki kamera (16 meqapiksellik əsas və 8 meqapiksellik ön) ilə təchiz edilib. Arxa qapaqda barmaq izi skaneri yerləşdirilib. İstehsalçılar, həmçinin smartfona NFC texnologiyasını tətbiq ediblər. Bu, aparatdan nəqliyyatda ödəmə aləti və elektron bilet kimi istifadəyə imkan verir.
 
2970 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilmiş smartfon "mis", "qara" "indiqo" rəngli korpuslarda əlçatandır. Smartfon “Android One” sisteminin idarəetməsi altında işləyir.
 
Emil Hüseynov




Baxış sayı: 1024

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024