12px13px15px17px
Tarix:19/07/18

Portativ bioçip insan bədənində mikroorqanizm növlərini müəyyənləşdirir

ABŞ-ın "InSilixa" biotexnoloji şirkətinin yaratdığı kompakt bioloji çip əsas genetik markerləri tez oxuyaraq yoluxucu xəstəliklərin müalicə və diaqnostikasını sürətləndirməyə imkan verəcək.
  
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, mütəxəssislər qeyd edir ki, yeni texnologiya virusların antibiotiklərə qarşı müqavimətini azaltmağa kömək edəcək və həkimlərə viruslarla mübarizə aparacaq dərmanlar təyin etməyə imkan verəcək.
 
Bildirilir ki, mikroorqanizmlərin genetik koda görə identifikasiyası üçün testlər orqanizmlərin laboratoriyada yetişdirilməsi ilə əlaqədar bir neçə gün və ya həftə çəkir. Bu, müalicə prosesini yubadır və həkimləri virus və ya bakteriya növü müəyyənləşdirilənədək "kortəbii" şəkildə hərəkət etməyə məcbur edir. "InSilixa" tədqiqatçılarının sözlərinə görə, yeni bioçip təxminən 2 saat ərzində xəstəlik törədən orqanizmləri yetişdirmədən onların skan edilməsini tamamlayır və növünü müəyyənləşdirir. Test zamanı bioçip eyni anda yeddi müxtəlif mikroorqanizm arasında antibiotiklərə qarşı müqavimət göstərən konkret mutasiyaları aşkarlamağa imkan verib. Çip, həmçinin, vərəmə səbəb olan müxtəlif ştamlarda antibiotiklərə qarşı davamlı 54 mutasiya aşkarlayıb.
   
 
Mütəxəssislərin sözlərinə görə, gələcəkdə bioçip eyni anda 100-dək mikroorqanizm növünü müəyyənləşdirə biləcək. Bundan başqa, dünya klinikalarına onların yerləşdiyi ərazilər üzrə yayılan mikrob növlərinin skan edilməsi üçün istifadəçi çiplərinin yaradılması məqsədilə açıq çıxış kodlu rəqəmli platformanın hazırlanması planlaşdırılır.
 
Nizam Nuriyev




Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024