12px13px15px17px
Tarix:26/07/18

“Samsung” smartfonlar üçün sınmayan displeyini təqdim edəcək

"Samsung" şirkəti "Corning Gorilla Glass 6" şüşəsinin təqdimatından sonra zərbəyə davamlı elastik OLED displeyini təqdim edib. Yeni texnologiyanın sınaqdan keçirilməsi zamanı yeni tip displeyin rəqibi ilə müqayisədə 2 dəfə daha davamlı olduğu məlum olub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, yeni texnologiya artıq "Underwrites Laboratories" sertifikatını alıb. 1,2 metr hündürlükdən 26 dəfə yerə düşən displey normal işləyib və onda heç bir zədə qeydə alınmayıb. 1,8 metr hündürlükdən bərk səth üzərinə düşmə zamanı da displey zədələnməyib. Həmçinin yeni tip displey yüksək (71 selsi dərəcə) və aşağı (-32 selsi dərəcə) temperatura davamlılıq sınağından da müvəffəqiyyətlə keçib.
 
"Samsung"un  nümayəndələrinin sözlərinə görə, yeni texnologiyanın yalnız smartfonlarda deyil, həmçinin avtomobil, hərbi texnika, planşet və noutbuklarda tətbiqi planlaşdırılır.
 
Emil Hüseynov




Baxış sayı: 1017

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024