12px13px15px17px
Tarix:26/07/18

“Titan Security Key” saytların etibarlı mühafizəsini təmin edəcək

"Google" şirkəti yeni aparat məhsulu – "Titan Security Key" adlı fiziki təhlükəsizlik açarı nümayiş etdirib. Yeni qurğu istifadəçilərin fişinq hücumlarından ən etibarlı mühafizəsini təmin edəcək.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti www.vesti.ru" resursuna istinadən yazır ki, "Titan Security Key" açarı "FIDO" (Fast Identification Online - sürətli onlayn identifikasiya) təhlükəsizlik standartı ilə uyğunluq təşkil edir və "USB" çıxış və ya "Bluetooth" moduluna malik bütün qurğulara qoşula bilir. Aparat oğurlanması mümkün olan parolun daxil edilməsi ilə yanaşı, əlavə mühafizə səviyyəsini təmin edir: istifadəçidən kompüterə daxil edilən və ya simsiz rabitə vasitəsilə smartfona qoşulan açar tələb olunur.
 
Hesab edilir ki, aparat tokeni ikimərhələli autentifikasiyadan daha effektivdir. Birincisi, USB açar mobil rabitə olmayan (və ya məlumatın cinayətkarlar tərəfindən ələ keçirilməsi halında) zaman çətinliklər yarada biləcək kodu təsdiq edən SMS-bildirişin daxil edilməsini tələb etmir. İkincisi, açarsız "Chrome", "Gmail", "YouTube" və digər əlavələrdə avtorizə qeyri-mümkün olacaq. Bundan başqa, "Titan Security Key" fişinq hücumunda şübhəli bilinən resursa daxil olmağa imkan verməyəcək.
 
Həftənin əvvəlində "Google" nümayəndələri 2017-ci ilin başlanğıcında şirkətin bütün əməkdaşlarının USB açarlardan istifadəyə keçməsini bəyan ediblər. Onların sözlərinə görə, nəticədə o vaxtdan hesabların oğurlanması halı qeydə alınmayıb. Lakin "Titan Security Key" korporativdaxili açarların konfiqurasiyasından fərqlənir.
 
Açarın USB ilə təchiz edilən versiyasının qiyməti 20 dollar, "Bluetooth"a malikin 25 dollar, hər ikisini dəstəkləyən isə  50 dollar təşkil edəcək.
 
"Titan Security Key" açarının yayın sonunda "Google" onlayn mağazasında satışa çıxarılacağı gözlənilir.
 
Nizam Nuriyev




Baxış sayı: 986

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024