12px13px15px17px
Tarix:27/10/11

"BakuTel 2011" sərgisində gənc mütəxəssislər üçün yeni layihə

BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyası 2015-ci ilə qədər genişzolaqlı çıxışın inkişafı sahəsində yeni məqsədlərini müəyyənləşdirib. Bu barədə Beynəlxalq Telekommunikasiya Birliyinin (ITU - International Telecommunication Union) məlumatında deyilir.

Azərbaycan tərəfdən komissiyanın üzvü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovdur. Komissiyanın iclası Cenevrədə keçirilən "ITU Telecom World 2011" sərgi-konfransı (24-27 oktyabr) çərçivəsində baş tutub.

Yeni vəzifələr genişzolaqlı rabitə sahəsindəki siyasəti, əlverişlilik məsələlərini və genişzolaqlı rabitənın tətbiqini əhatə edir.

Tapşırıqlara əsasən, 2015-ci ilə qədər bütün ölkələr milli plana və ya genişzolaqlı rabitədə strategiyaya malik olmalıdırlar. Yaxud onu universal əlverişlilik və xidmət təyinatlarına daxil etməlidirlər.

Həmçinin, 2015-ci ilə qədər nəzərdə tutulub ki, inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı rabitənin baza xidmətləri qiymət baxımından əlverişli olmalıdır. Bunun üçün lazımi tənzim etmə və bazar güclərindən (məsələn, orta yalıq gəlirlərin beş faizindən artıq omayaraq təşkil etmək) istifadə edilməlidir.

2015-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdəki ev təsərrüfatlarının 40 faizi internetə çıxış əldə etməlidir, dünyada internet istifadəçilərinin sayı 60 faizə, inkişaf etməkdə olan ölkələrdə 50 faizə, az inkişaf etməkdə olan ölkələrdə isə 15 faizə çatmalıdır.

ITU qeyd edilən məqsədlərin həyata keçirilməsində hər bir tərəfin əldə etdiyi inkişafın ölçülməsinə görə cavab verməyə, genişzolaqlı rabitənin inkişafı barədə illik hesabatı hazırlamağa məcbur edir.

Hesabat dünyanın bütün ölkələrinin onların genişzolaqlı rabitə sahəsində siyasəti, əlverişliliyi və genişzolaqlı rabitənin tətbiqi baxımından təsnifatını nəzərdə tutur.

Komissiyanın təsdiq etdiyi "Genişzolaqlı çağırışda" rabitə "insanın tələbatı və əsas haqlarından biri" kimi qiymətləndirilir. Sənəddə innovasiya siyasətinin əsaslarının, biznes modellərin və bütün dünyada genişzolaqlı əlverişliliyin artımına dəstək üçün maliyyələşdirmə sazişləri məqsədləri ilə dövlət və özəl sektorun sıx qarşılıqlı əməkdaşlıq etməsinə çağırış yer alıb.

Sənəddə hökumətlərə bazara çıxışda məhdudiyyətlərə və İKT-də lazımsız vergilərə imkan verməməyə təkidli çağırış yer alıb.Sənəddə, həmçinin, hökumətlərə funksional uyğunlaşmanın və mövcud lazımi radiotezliklər spektrinin təmin edilməsi məqsədləri ilə razılaşdırılmış beynəlxalq standartların işlənməsinə çağırış var.



Baxış sayı: 1516

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024