12px13px15px17px
Tarix:01/08/18

“Microsoft Edge” brauzeri “WebAuthn” standartını dəstəkləməyə başlayıb

“Microsoft Edge” brauzerinin beta-versiyasında “WebAuthn” (internetdə şifr daxil etmədən eyniləşdirməyə imkan verən standart) dəstəklənir. Artıq bu brauzerdən istifadə edənlər sayta daxil olmaq üçün asanlıqla müdaxiləyə məruz qala bilən rəqəm və hərflərdən ibarət kombinasiyanın əvəzinə, sifət skaneri və ya barmaq izi texnologiyasından istifadə edə bilərlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bundan başqa, “Microsoft Edge” brauzeri “FIDO2”-yə uyğun tokenləri dəstəkləməyə başlayıb. “Google” tərəfindən ötən həftə elan edilmiş “Titan Security Key” təhlükəsizlik açarı, o cümlədən, buna aiddir. Onu kompüterin USB portuna daxil etmək və ya onunla “Bluetooth” ilə əlaqə yaratmaq olar.
 
 
“Ümumdünya Hörümçək Toru (W3C)” konsorsiumu və “FIDO” (Fast Identification Online, Sürətli Onlayn Eyniləşdirmə) alyansı apreldə “WebAuthn” standartını təsdiq edib. Bu texnologiya istifadəçiləri istənilən onlayn xidmətə şifrsiz girişlə təmin edir: barmaq izləri skaneri, kamera və ya USB açar vasitəsi ilə eyniləşdirmədən keçmək kifayətdir. Bu, saytlardan birində müdaxilə edilmiş kod frazasının başqa birində istifadə ehtimalını azaldır.
 
İlk dəfə “Mozilla” şirkəti “Firefox” brauzerində “WebAuthn” standartını tətbiq edib, “Google” isə cari ilin mayında “Chrome” brauzerində sözügedən standartın dəstəyini reallaşdırıb.
 
Emil Hüseynov




Baxış sayı: 603

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024