12px13px15px17px
Tarix:03/08/18

Rəngli üçölçülü çap metodu hazırlanıb

Ən effektiv üçölçülü çap qurğuları ciddi çatışmazlığa malikdirlər: onlar obyektləri yalnız boz və ya qara rəngdə çap edirlər. Lakin İspaniya mühəndislərinin hazırladığı yeni texnologiya əşyaları bütün rəng çalarlarında çap etməyə imkan verəcək.
  
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, seçmə lazer qızdırıb bitişdirmə texnologiyası (SLS) tozaoxşar materialların (adətən neylon və poliamid) müəyyən sahələrinin qızdırılması üçün lazerdən istifadə edir. Toz əriyir və ya bərk kütləyə sintezləşdirilir. Material lazımi üçölçülü struktur əldə edilənədək onu qat-qat daxil edən printerə əlavə olunur.
   
Məlumata görə, tədqiqatçılar tərəfindən görünən işıq üçün şəffaf qalan spektrin infraqırmızı sahəsinin intensiv udulması üçün qızıl nanooxlar hazırlanıb. Oxlar üçölçülü obyektlərin çapı üçün silisium oksidi ilə örtüldükdən sonra poliamid tozlarla qatışdırılıb. Qızıl nanooxlar texniki karbon ilə müqayisədə lazer işığını istiliyə daha yaxşı çevirirlər. Bundan başqa, fotosensibilizatorların əlavə edilməsi rəngli üçölçülü obyektlərin çapına kömək edir. Qeyd etmək lazımdır ki, materiallar irimiqyaslı istehsal üçün iqtisadi baxımdan səmərəli hesab olunur. Tədqiqatçılar yeni texnologiya ilə əlaqədar bir neçə patent müraciəti ediblər.
   
Nizam Nuriyev




Baxış sayı: 947

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024