12px13px15px17px
Tarix:27/10/11

“Samsung” “Apple”-a uduzub

İtaliyanın “Agenzia Giornalistica İtalia” informasiya agentliyinin xəbərinə əsasən, “Samsung” şirkəti “Apple”-a qarşı apardığı mübarizədə daha bir məğlubiyyətlə üzləşib.

Çərşənbə günü İtaliya məhkəməsi “Samsung”un “Apple iPhone” smartfonlarının satışlarına İtaliyada qadağa qoyulması tələbini rədd edib. Koreya şirkəti smartfonda şirkətin 2 telekommunikasiya patenti pozulduğunu əsas gətirərək yeni “iPhone 4S” smartfonunun İtaliyada satışlarını bloklamağa çalışıb.

"Apple” korporasiyası “Samsung” texnologiyalarını pulsuz tətbiq edərək əvvəlki kimi bizim texnologiya və intellektual mülkiyyətə olan hüquqlarımızı kobud surətdə pozur. Biz əminik ki, innovasiyalarımızın müdafiəsi üçün hüquqi ölçülər götürmək lazımdır" – “Samsung” sənədlərində yazılıb.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl “Samsung” şirkəti “Apple”-ı müxtəlif ölkələrdə təxminən 20 patent pozmaqda ittiham edib. Bu, Amerika kompaniyasının “Samsung”un mobil telefon və planşetlərinin “iPhone” və “iPad”ı kopyalaması ilə bağlı iddialarına cavab olub.



Baxış sayı: 1040

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024