12px13px15px17px
Tarix:08/08/18

Mobil bankçılıq üçün virusların sayı kəskin artıb

2018-ci ilin ikinci rübündə mobil bank proqramları üçün virusların sayı ötən rüblə müqayisədə 3 dəfə yüksələrək 61 minə yaxınlaşıb. Bu haqda "Kasperski Laboratoriyası" məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, aşkar edilmiş troyan viruslarının böyük əksəriyyəti zərərli "Hqwar" proqram təminatı ilə əlaqəlidir.
 
Troyan virusları adətən müxtəlif leqal proqramlar adı altında yayılır. Bundan sonra bank proqramı işə salınarkən zərərli proqram təminatı öz fişinq interfeysini əsl mobil bank proqramının interfeysi üzərinə çıxarır və istifadəçi tərəfindən daxil edilmiş qeydiyyat məlumatlarını ələ keçirir. Şirkətin məlumatına görə, SMS xidmətləri vasitəsilə də vəsaiti oğurlamaq mümkündür.
 
"Kasperski Laboratoriyası" şirkətinin məlumatına görə, 2018-ci ilin aprel-iyun aylarında mobil bankçılıq üçün troyan virusları tərəfindən hücuma məruz qalmış istifadəçilərin sayına görə ilk üçlükdə ABŞ (0,79%), Rusiya (0,7%) və Polşa (0,28%) yerləşib.
 
 
Mütəxəssislər 2018-ci ilin ikinci rübündə mobil bankçılıq üçün qeydə alınmış troyan viruslarının rekord sayını məhz mobil qurğular üçün zərərli proqramların sayının artmasına dair qlobal tendensiyanın mövcudluğu ilə izah edirlər.
 
Emil Hüseynov




Baxış sayı: 1037

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024