12px13px15px17px
Tarix:11/08/18

Bioparçalanan kağız batareya yaradılıb

ABŞ-ın Binqemton Universitetinin tədqiqatçıları bioparçalanan kağız batareya yaradıblar. Onun effektivliyi bütün analoji texnologiyaları geridə qoyur.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, elmi ictimaiyyətdə kağız batareyalarınn ekoloji alternativ qismində istifadə edilməsi imkanı ilə bağlı müzakirələr uzun müddətdir aparılır, lakin indiyədək təklif edilən texnologiyalar yetərincə güclü olmayıb. Bundan başqa, onların hazırlanma prosesi mürəkkəb olub, eləcə də kağız batareyaların parçalanmaq qabiliyyəti şübhə altına alınıb.  
 
Məlumata görə, bu dəfə isə tədqiqatçılar tərəfindən kağız və texniki polimerlərin hibridindən istifadə edən kağız biobatareya hazırlanıb. Tədqiqatçılar qrupu suda batareyanın deqradasiyasını yoxlayıb və bu prosesi xüsusi qurğular və şərait olmadan və ya mikroorqanizmlər tətbiq etmədən işə sala bilib. Polimer kağız konstruksiyalar çox yüngül, ucuz və elastik olur. Bundan başqa, gücün artırılmasına adi üst-üstə yığılma və ya elastik kağız polimer qurğuların deformasiyası vasitəsilə nail olmaq mümkündür. Biobatareyaların istehsal prosesi çox sadədir və material tələblərdən asılı olaraq modifikasiyalara imkan verir.
 
Nizam Nuriyev




Baxış sayı: 1206

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024