12px13px15px17px
Tarix:13/08/18

Almaniyada kibertəhlükəsizlik agentliyi yaradılacaq

Almaniya hökuməti İnnovasiyalar və Kibertəhlükəsizlik üzrə Agentlik adlanacaq yeni milli struktur yaradır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Belta www.belta.by" resursuna istinadən yazır ki, yeni qurumun yaradılması üzərində ölkənin Müdafiə və Daxili İşlər nazirlikləri çalışır. İsrail və ABŞ təcrübəsindən istifadə ediləcək agentliyin formalaşdırılması ilə bağlı son razılaşma avqustun 15-nə təyin olunub.
 
Agentliyin kibertexnologiyalar sahəsində məhsulların hazırlanması ilə məşğul olan şirkətlərin fəaliyyətini izləyəcəyi planlaşdırılır.
 
Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, ölkə növbəti 2 ildə təhlükəsizliyin təmini üçün bu sahədə tədqiqatlara təxminən 50 milyon avro yatırmalıdır.
  
Nizam Nuriyev




Baxış sayı: 1028

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024