12px13px15px17px
Tarix:13/08/18

“WhatsApp” yazışmada “end-to-end” şifrləmə texnologiyasından imtina edəcək

"WhatsApp" messencerində istifadəçilərin yazışmasında "ent-to-end" şifrləmə texnologiyasından imtina ediləcək. Faktiki olaraq messencerin sahibi olan "Facebook" şirkəti "WhatsApp"ı bu texnologiyadan imtina etməyə məcbur edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, "Facebook" şirkətinin təsisçisi olan Mark Zukerberq, öz növbəsində, deyib  ki, amerika hökuməti sosial şəbəkələrə qarşı belə tələb irəli sürüb.
 
"End-to-end" şifrləmə texnologiyasından imtina o deməkdir ki, xüsusi xidmət orqanları istifadəçilərin şəxsi mesajlarına maneəsiz müdaxilə edə biləcək. Bu, terror aktlarının qarşısını almağa imkan verəcək.
 
Proqramın yenilənmiş versiyası 2019-cu ildə çıxarılacaq.
 
Emil Hüseynov




Baxış sayı: 964

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024