12px13px15px17px
Tarix:13/08/18

“Windows” sistemində şübhə doğuran proqramların yoxlanılması üçün təhlükəsiz mühit əlçatan olacaq

"Windows 10" əməliyyat sistemində daxilində təhlükəli proqramların yoxlanılması mümkün olan təcrid olunmuş konteyner əlçatan olacaq. Proqram öz işini bitirən kimi virtual mühit məhv edilir ki, zərərli kod sistemə zərər vurmasın.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, yeni "InPrivate Desktop" funksiyası erkən hazırlama mərhələsindədir və şirkətdə daxili sınaqdan keçirilir. Buna əsaslanaraq, yeni funksiya çətin ki, "Windows 10" sisteminin payıza nəzərdə tutulmuş növbəti böyük yeniləməsində tətbiq olunsun.
 
"InPrivate Desktop" funksiyası əməliyyat sisteminin virtuallaşdırma rejimi aktivləşdirilmiş korporativ versiyasının ("Windows 10 Enterprise") mövcudluğunu tələb edir. Proqramı "Windows" mağazasından yükləmək mümkün olacaq.
 
Qeyd edək ki, virtuallaşdırma texnologiyaları "Windows 10" platformasının təhlükəsizlik funksiyalarının əksəriyyətində tətbiq edilib.
 
Emil Hüseynov




Baxış sayı: 850

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024