12px13px15px17px
Tarix:15/08/18

Robotların elektron dərisi toxunuşlara daha həssas olacaq

Alimlər tərəfindən hazırlanmış süni dəri insan dərisi ilə müqayisədə toxunuşlara daha həssasdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, professor Zeynep Çelik-Batlerin rəhbərliyi altında Texas universitetinin alimlərdən ibarət komandası tərəfindən hazırlanmış "ağıllı" dərinin  tərkibinə 0,2 mkm (müqayisə üçün, insan saçının qalınlığı 40-50 mikron təşkil edir) qalınlığında sink oksidin (ZnO) nanoobyektlərindən düzəldilmiş milyonlarla kiçikölçülü elastik datçik daxildir. Bu halda hər bir sensor avtonom şəkildə (kənar enerji tələb etmir) işləyir.
 
Nəticədə süni dəri zəif toxunuşa, həmçinin temperatur dəyişikliklərinə çox həssas reaksiya verir ki, bu da yenilikdən avtomatlaşdırılmış tutma mexanizmləri, protez və yığcam sensor qurğuların istehsalında istifadə etməyə imkan verəcək.
 
Emil Hüseynov




Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Avqust 2022

15 08 2022