12px13px15px17px
Tarix:16/08/18

Alimlər çoxqatlı elastik elektronika hazırlayıblar

Mühəndislər yumşaq və elastik "üçölçülü uzadıla bilən elektronikanın" yaradılması texnologiyasını işləyib hazırlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, Kaliforniya universitetindən olan mütəxəssislər komandası dəridə sarğı kimi istifadə edilə bilən və müxtəlif göstəricilərin (nəfəs, bədən hərəkəti, temperatur, gözlərin hərəkəti, ürək və beynin aktivliyi) simsiz monitorinqi məqsədilə dartıla bilən elektron plastır hazırlayıb. Qəpik ölçüsündə olan qurğu, həmçinin avtomatlaşdırılmış “əlin” simsiz idarə edilməsində tətbiq oluna bilər.
 
Bu hazırlama bir-bir ilə qarşılıqlı əlaqədə olan elastik çap lövhələrin 4 qatından ibarətdir. Hər bir qat onları bir-birindən təcrid edən elastomer təbəqə üzərində yerləşir. Bərk elektron hissələr elastomerə bərkidilib və bükük formalı nazik mis məftillərdən düzəldilmiş elastik "körpü"lərlə birləşdirilib ki, bu da sxemlərin elektron funksiyaya zərər etmədən dartılmasına, əyilməsinə və bükülməsinə imkan verir.
 
"Ağıllı" sarğı 10 metrədək məsafədən smartfon və ya noutbukla simsiz rabitəni dəstəkləyir. İstehsalçılar sözügedən texnologiyanın optimallaşdırılması və təkmilləşdirilməsi işlərini davam etdirəcək və mütəxəssislər gələcəkdə qurğunu kliniki şəraitdə sınaqdan keçirməyə ümid edirlər.
 
Emil Hüseynov




Baxış sayı: 939

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024