12px13px15px17px
Tarix:16/08/18

Avstriyada elektrik avtomobillərinin modelini müəyyənləşdirərək onu enerji ilə dolduran robot hazırlanıb

Avstriyanın Qrats Universitetinin tədqiqatçılardan ibarət komandası "BMW", "MAGNA Steyr Engineering", "KEVA" şirkətləri və Avstriya Avtomobil Mühəndisləri Cəmiyyətində çalışan həmkarları ilə birgə KoMoT (Komfortable Mobilität mittels Technologieintegration) layihəsi çərçivəsində elektrik avtomobillərinin identifikasiyası və enerji ilə doldurulması üçün avtomatlaşdırılmış sistem hazırlayıblar.
 
"ICTnews" Elektron Xəbər Xidməti techcult.ru saytına istinadən yazır ki, enerjidoldurma stansiyasının tərkibinə bir neçə kamera daxildir. Sistem bu kameraların köməyi ilə nəqliyyat vasitələrinin tipini müəyyənləşdirir.
 
Sözügedən sistem kameralardan əldə edilmiş təsviri təhlil edərək  avtomobilin modelini müəyyənləşdirir, enerjidoldurma portunu tapır, tipini müəyyənləşdirir, daha sonra müvafiq kabel seçir və bir neçə dəqiqə sonra enerji doldurmağa başlamaq olar.
 


Emil Hüseynov




Baxış sayı: 908

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024