12px13px15px17px
Tarix:27/08/18

İşıq və temperaturun təsiri nəticəsində formasını dəyişdirən material yaradılıb

İşıq və ya temperaturun təsiri nəticəsində bu və ya başqa mürəkkəb, öncədən "proqramlaşdırılmış" formanı ala bilən material yaradılıb.
 
"İşığın təsiri nəticəsində materialın tamamilə iki müxtəlif forma arasında keçid etməsi onun sənaye, robot texnikası, biotibb daxil olmaqla ən geniş sahələrdə tətbiqinə imkan verir" –  Kolorado Universitetinin professoru, yeni həllin müəlliflərindən biri Kristofer Bouman deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, alimlər maye kristal elastomerlərdən (Liquid Crystal Elastomers, LCE) istifadə ediblər. Oxşar yanaşma kənar gücün təsiri altında polyarlaşmanı dəyişdirən maye kristallardan ibarət LCD displeylərdə tətbiq edilir. Ancaq bu halda materialda olan maye kristallar şüa və ya temperaturun yüksəlməsinin təsiri nəticəsində öz formasını dəyişdirir.
 
"Biz bu texnologiyanı təkmilləşdirməyə və onun gələcək tətbiqinin perspektivlərini öyrənməyə hazırlaşırıq" – istehsalçılar bildiriblər. 

 
Emil Hüseynov






Baxış sayı: 517

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024