12px13px15px17px
Tarix:28/10/11

“Azərpoçt” MMC inşa müsabiqəsinə start verdi

Hər il olduğu kimi, bu il də Ümumdünya Poçt İttifaqı (ÜPİ) bütün poçt müdiriyyətlərinə məktəblilər arasında ölkənin Təhsil Nazirliyinin iştirakı ilə epistolyar inşa müsabiqəsinin keçirilməsini tövsiyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim edib. Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcəkdir. ÜPİ-nın beynəlxalq nüfuzlu təşkilat olduğunu nəzərə alaraq Azərbaycan məktəblilərinin onların təklif etdiyi müsabiqədə yaxından iştirak etmələri dövlətimiz üçün əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq 3 (üç) mövzu ilə inşa müsabiqəsinə start verilib.
Birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu Təhsil Nazirliyi və və üçüncü mövzu isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təklif edib. Müsabiqənin mövzuları və mükafat fondu aşağıdakı kimidir:
Heyranı olduğun idmançıya və ya idman xadiminə məktub yaz və ona söylə ki, Olimpiya oyunları sənin üçün nə dərəcədə əhəmiyyət daşıyır. (15 yaşa qədər olan məktəblilər)
2. M.F.Axundovun yaradıcılığında vətənpərvərliyin, maarifçiliyin və azad düşüncə tərzinin tərənnümü. (Dahi mütəfəkkirin anadan olmasının 200 illiyinə həsr olunmuşdur.)
3. Meşələr planetimizin “ağciyəridir”, meşələri qoruyun!
Müsabiqəyə təqdim edilən inşa yazıları 01.03.2012-ci il tarixinə qədər göndərilməlidir. Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 800 sözdən artıq olmamalıdır.



Baxış sayı: 1231

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024