12px13px15px17px
Tarix:29/08/18

“Instagram” yeni funksiya istifadəyə verib

“Instagram”da sorğu göndərilməsi ilə hesabın yoxlanılması imkanı əlçatan olub. Bunun üçün istifadəçinin kimliyini təsdiq edən sənəd təqdim etmək  lazımdır. Bu haqda xidmətin saytında məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, hesabın yoxlamadan keçməsi üçün onun xidmətin norma və qaydalarına uyğun olması lazımdır. Bundan başqa, sorğunun göndərilməsi hesabın dəqiq yoxlanılacağına zəmanət vermir. “Instagram” hesabın yoxlanılması ilə bağlı qərar çıxararkən hər bir hesabın həqiqiliyi, unikallığı, bütövlüyü və populyarlığını nəzərə alacaq.
 
Bundan başqa, istifadəçilər “Instagram” xidmətində populyar hesablar haqda informasiya əldə edə biləcəklər.
 
Emil Hüseynov





Baxış sayı: 431

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024