12px13px15px17px
Tarix:29/08/18

Dünyada ən yüngül çəkili 15 düymlük noutbuk təqdim edilib

Tayvanın “Acer” şirkəti 31 avqust - 5 sentyabr tarixlərində Berlində keçiriləcək “IFA 2018” sərgisinin açılışı ərəfəsində “Swift 5” adlı çox yığcam noutbukun yeni nəslini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “SF515-51T” nömrəli model dünyada ən yüngül 15 düymlük noutbuk kimi elan edilib. Bu noutbukun çəkisi 990 qram təşkil edir.
 
Sözügedən noutbuk səkkizinci nəsil “Intel Core i7” prosessoru, “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 15,6 düymlük sensor IPS displey, 16 QB-dək əməli yaddaş və 1 TB sərtgövdəli daşıyıcı ilə təchiz edilib. Displeyin ətrafındakı çərçivənin qalınlığı 5,87 mm təşkil edir.
 
“Wi-Fi” (802.11ac), “Bluetooth 5.0”, 2 ədəd “USB Type-A”, 1 ədəd “USB Type-C” portları, “HDMI”  və qulaqlar üçün konnektor mövcuddur.
 
Emil Hüseynov





Baxış sayı: 380

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024