12px13px15px17px
Tarix:31/08/18

2022-ci ilədək böyük ölçülü aparatlar smartfon bazarının təxminən 85%-ni ələ keçirəcək

2018-ci ildə qlobal smartfon bazarında azalma gözlənilməsinə baxmayaraq, “IDC” tədqiqat şirkətinin analitikləri 2019-cu ildə vəziyyətin müsbətə doğru dəyişməsinə ümid edirlər. Ekspertlərin qiymətləndirməsinə görə,  cari ildə smartfonların tədarük həcmi 0,7% azalacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, eyni zamanda ekspertlər bildirirlər ki, cari ilin ikinci yarısında smartfonların tədarük həcmi ötən illə müqayisədə 1,1% yüksək olacaq və 2019-2022-ci illərdə isə smartfon bazarında cüzi artım proqnozlaşdırılır. Yuxarıda göstərilən dövrün sonunadək smartfon bazarının həcmi 1,646 milyard qurğu təşkil edəcək.
 
5,5 düym və daha böyük diaqonala malik displeylə təchiz edilmiş modellər smartfon sektorunda artıma səbəb olacaq. Gözləntilərə görə, 2018-ci ildə smartfon bazarına tədarük edilən 941 milyondan çox (64,7%) qurğu bu kateqoriyaya aid ediləcək. Müqayisə üçün, 2017-ci ildə fabletlərin tədarük həcmi 623,2 milyon səviyyəsində olub və bazar payı 42,5% təşkil edib.
 
2022-ci ilədək böyük ölçülü smartfon bazarda əsas kateqoriya olacaq: fabletlərin tədarükü və bazar payı 1,39 milyarda (84,5%) yaxınlaşacaq.
 
Emil Hüseynov





Baxış sayı: 53

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.