12px13px15px17px
Tarix:01/09/18

Biləyə taxılan smartfon təqdim edilib

Çin şirkəti biləyə taxılan smartfon və “ağıllı” saatın hibridi olan cihazını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “ZTE” şirkətinin törəmə brendi olan “nubia” qol saatı formasında hazırlanmış smartfonunu təqdim edib. “nubia-α” adlı cihaz yaxın vaxtlarda bazara çıxarılacaq.
 
Cihazdan adi smartfon kimi istifadə etmək olar: zəng etmək, SMS göndərmək, internet və sosial şəbəkələrə daxil olmaq, şəkillər çəkmək (kəmərə kamera quraşdırılıb). “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən aparatın arxa tərəfində pulsometr quraşdırılıb.
 
Şirkət nümayəndəsi bildirib ki, cihaz, demək olar, tam hazırdır və yaxın vaxtlarda təqdim ediləcək.
 
 
Emil Hüseynov






Baxış sayı: 370

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024