12px13px15px17px
Tarix:03/09/18

Yaponiya şirkəti 2023-cü ilədək kosmosa kommersiya uçuşları həyata keçirməyi planlaşdırır

Yaponiyanın “PD AeroSpace” şirkəti turistləri kommersiya əsasında kosmosa aparacaq çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş kosmik gəmi üzərində işləyir. “Kyodo” agentliyi yazır ki, şirkət 2023-cü ilədək kosmik turizm proqramını həyata keçirməyi planlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, sözügedən şirkət tərəfindən hazırlanmaqda olan və öz formasına görə təyyarəni xatırladan kosmik gəmi sərnişinləri 110 km hündürlüyə  qaldırmaq qabiliyyətinə malik olacaq. Kosmik gəmi öz bortunda 6 sərnişin və iki pilot daşıya bilər. Biletin qiyməti təxminən 153 min dollar təşkil edəcək.
 
Şirkətin mütəxəssisləri artıq gələcək kosmik gəminin prototipini sınaqdan keçirirlər. Kosmosda qısa müddət vaxt keçirilməsinə baxmayaraq, sərnişinlər çəkisizlik halını hiss edə və Yer kürəsini kənardan izləyə biləcəklər.
 
Emil Hüseynov





Baxış sayı: 482

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024