12px13px15px17px
Tarix:06/09/18

İnternetin işində qlobal nasazlıq ola bilər

Oktyabrın 11-də dünyada internet istifadəçiləri şəbəkəyə giriş problemi ilə üzləşə bilərlər. Bu haqda Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiya (ICANN) məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, həmin gün tarixdə ilk dəfə olaraq domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb. Yeniləmədən sonra 48 saat ərzində bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var. Sistem "server failure" və ya “SERVFAIL” səhvini göstərə bilər.
 
2010-cu ildə yaradılan kriptoqrafiya açarları “DNSSEC” genişlənmə sistemində istifadə olunur, təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə  cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməlidir, ancaq 2015-ci ildə provayderlərin hazırsızlığı səbəbindən bu proses təxirə salınıb.
 
Emil Hüseynov





Baxış sayı: 337

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024