12px13px15px17px
Tarix:13/09/18

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olub

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən "ITU Telecom World" beynəlxalq sərgi-konfransı bu gün öz işini yekunlaşdırır.
 
 Xəbər verdiyimiz kimi, beynəlxalq sərgi-konfransda Azərbaycan rəsmi nümayəndə heyəti ilə təmsil olunur.
  
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaş olduğu sərgidə isə ölkəmizə məxsus Milli Pavilyon fəaliyyət göstərir.
  
Ölkəmizdə İKT sahəsində əldə edilən nailiyyətlərin, innovativ xidmətlərin, tətbiqlər və həllərin nümayiş olunduğu Milli Pavilyona ziyarətçilər böyük maraq göstərir.
  
Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Cao sərgini ziyarəti çərçivəsində Milli Pavilyonumuzda olub, təqdim olunan xidmət və layihələrlə maraqlanıb.
 
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
 
Azərbaycan startapçıları tərəfindən təqdim edilən həllər Baş katibin diqqətini cəlb edib.




Baxış sayı: 589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024