12px13px15px17px
Tarix:13/09/18

“Facebook” şəkillərdəki təhqiredici məzmunu axtarıb tapan neyron şəbəkəsi istifadəyə verib

ABŞ-ın "Facebook" şirkəti tərəfindən "Instagram" ilə birgə işlənib hazırlanmış "Rosetta" neyron şəbəkəsi üzərində mətn olan şəkilləri tanımaq qabiliyyətinə malikdir. Bu haqda şirkətin saytında məlumat verilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, süni intellekt real vaxt rejimində "Facebook" və "Instagram"ın milyarddan çox əlçatan şəkli, həmçinin videoçarxlardan mətni əldə edə və onu mətnin tanınması modelinə daxil edə bilir.
 
"Facebook"un nümayəndələri dəqiqləşdiriblər ki, "Rosetta" neyron şəbəkəsi şəkillərin keyfiyyətli axtarışı və avtomatik spam axtarışı üçün tətbiq edilə bilər. Bu neyron şəbəkəsi, həmçinin şəkillərdəki aqressiv və təhqiredici məzmunu axtarıb tapa bilir.
 
Sözügedən neyron şəbəkəsinin əsasını 2015-ci ildə "Facebook"un mütəxəssisləri tərəfindən işlənib hazırlanmış mətnin optik tanınması texnologiyası təşkil edir. Hazırda "Rosetta" bir neçə dili tanıya bilir.
 
Emil Hüseynov





Baxış sayı: 392

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024