12px13px15px17px
Tarix:28/10/11

“Azərsu” dan nəğdsiz ödəniş

“Azərsu” Acıq Səhmdar Cəmiyyəti elektron ödəniş sistemində daha bir yeniliyin tətbiqinə başlayıb. Bu barədə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bundan sonra abunəçilər içməli sudan istifadə və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcları plastik kartlar vasitəsi ilə səhmdar cəmiyyətin internet səhifəsindən istifadə etməklə ödəyə bilərlər. Bunun üçün www.azersu.az saytındakı “onlayn ödəniş” bölməsini seçmək, abonent kodunu daxil etməklə əməliyyatı plastik kartlarla KÖMİS və Golden Pay sistemləri vasitəsi ilə həyata keçirmək olar. Abunəçilər ödənişləri www.quick.az, www.hesab.az veb saytlarından istifadə etməklə, həmçinin Pay Point ödəmə terminalları vasitəsi ilə də həyata keçirmək mümkündür.
Yeni ödəniş sistemlərinin tətbiqi abunəçilərin işini asanlaşdıracaq, ödəmələrdə nəzarətçilərlə təmasa son qoymaqla neqativ halları birdəfəlik aradan qaldıracaq.
“Azərsu” ASC bir daha abunəçilərin nəzərinə çatdırır ki, içməli su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini heç bir halda nəzarətçiyə ödəməsinlər. Onlar ödənişləri bank və poçt şöbələrində, Pay Point terminallarında, internet vasitəsi ilə plastik kartlarla apara bilərlər.



Baxış sayı: 2135

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024