12px13px15px17px
Tarix:14/09/18

Vaşinqton aeroportunda sərnişinlərin identifikasiyası üçün yeni sistem istifadəyə verilib

Vaşinqtonun Dalles adına beynəlxalq aeroportunda sifətin tanınması sistemi istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Vokrugsveta” resursuna istinadən yazır ki, sərhəd xidmətinin iştirakı ilə hazırlanan “veriScan” adlı yeni sistem sərnişinlərin sifətini tanıyaraq onları ABŞ vətəndaşları və ölkəyə gələn əcnəbilər barədə informasiyanın saxlanıldığı məlumat bazasının fotoşəkilləri ilə müqayisə edir. Bunun sayəsində sərnişinlərdən pasportun təqdim edilməsi tələb olunmur. Aeroport rəhbərliyinin məlumatına görə, identifikasiya dəqiqliyi 99 faiz təşkil edir, təyyarəyə minmə vaxtı isə iki dəfə azalır.

Sistemin sınağı zamanı “Lufthansa” aviaşirkətinin Vaşinqton-Los-Anceles reysinə sərnişinlərin minməsi 20 dəqiqəyə başa çatıb ki, bu da adi yoxlanış qaydaları ilə minmədən 2 dəfə azdır. Təyyarə göyərtəsinə ümumilikdə 350-dən çox sərnişin qalxıb. Bundan başqa, sistemin köməyi ilə qeydiyyat zamanı saxta pasport təqdim edən ilk qanun pozucusu saxlanılıb.

Nizam Nuriyev





Baxış sayı: 177

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2018

17 11 2018

17/11/18
“Huawei” 2020-ci ilə dünyada əsas smartfon istehsalçısı olmağı planlaşdırır

Çinin “Huawei Technologies” şirkəti 2020-ci ilədək dünyada smartfonların satış 

17/11/18
“Google Play”da kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı proqramlar aşkar edilib

“ESET” şirkətinin mütəxəssisləri “Google Play” proqramlar mağazasında kriptovalyuta 

17/11/18
Bütün “Android” qurğularının istifadəçiləri izləmənin qurbanı olublar

“Nightwatch Cybersecurity” şirkətinin mütəxəssisləri “Android” sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar