12px13px15px17px
Tarix:14/09/18

“iOS 12” əməliyyat sisteminin təqdimetmə tarixi məlum olub

“Apple”ın tərtibatçıları əməliyyat sisteminin yekun beta-versiyasını çıxarıblar və tezliklə tam versiya təqdim ediləcək.
 
“iOS 12” sistemi 17 sentyabrda əlçatan olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru”  saytına istinadən yazır ki, yeni əməliyyat sistemi “iOS 11” sistemini dəstəkləyən bütün qurğularda işləyəcək.
 
Tərtibatçılar dəstəklənən qurğuların tam siyahısını açıqlayıblar:
 
·         iPhone X;
·         iPhone 8 və 8 Plus;
·         iPhone 7 və 7 Plus;
·         iPhone 6S və 6S Plus;
·         iPhone SE;
·         iPhone 6 və 6 Plus;
·         iPhone 5S;
·         iPad Pro (9.7 düym, 10.5 düym, 12.9 düym);
·         iPad (2018);
·         iPad (beşinci nəsil);
·         iPad Air və iPad Air 2;
·         iPad mini 2, 3, və 4;
·         iPod Touch (altıncı nəsil).
 
“iOS 12” əvvəlki sistemdən daha sürətli işləyəcək. Məsələn, mətnin yığılması vaxtı reaksiya daha yaxşılaşacaq. Kilid ekranında göstəriləcək bildirişlər sıralanacaq.
 
Ən genişmiqyaslı yeniliklər “Memoji” və “FaceTime” qrup zəngləri olacaq. Həmçinin “Animoji”nin imkanları genişləndirilib: yeni “iOS”-da onlar göz vura və dil çıxara biləcək.
 
Emil Hüseynov



Baxış sayı: 516

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024