12px13px15px17px
Tarix:17/09/18

Dünya İqtisadi Forumu: “Blokçeyn dünya ticarət həcmini 1 trilyon dollar artıracaq”

Dünya İqtisadi Forumu və “Bain & Company” beynəlxalq konsaltinq şirkəti blokçeyn texnologiyasının dünya iqtisadiyyatına təsirinə həsr edilən birgə tədqiqatın nəticələrini təqdim ediblər. Ekspertlərin proqnozlarına görə, texnologiya 2028-ci ilədək ticarətin həcmini qlobal miqyasda 1 trilyon dollar artırmağa imkan verəcək.

“ICTnews" Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, innovasiyalara uzun müddətdir diqqət artırılmasına baxmayaraq ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün alətlər bazarı hələ də köhnəlmiş texnologiyalara əsaslanır. Köklü dəyişikliklər tranzaksiyaların effektivliyini əhəmiyyətli dərəcədə artıra bilən çoxsaylı blokçeyn təşəbbüsləri sayəsində gözlənilir.

Hesabatda deyilir ki, bölüşdürülmüş reyestr və digər texnoloji innovasiyalar xərclərin azaldılması və sadə istifadənin təmin edilməsi yolu ilə ticarət və tədarük zəncirinin maliyyələşdirilməsi sahəsində böyük irəliləyişlər vəd edir.

Tədqiqat müəlliflərinin qənaətinə görə, blokçeyn ticarət maliyyələşməsinin 1,5 trilyon dollarlıq cari kəsirini aradan qaldırmağa kömək edəcək.

Bildirilir ki, blokçeynin tətbiqi sayəsində beynəlxalq ticarətin həcmi təxminən 30 faiz və ya 1,1 trilyon artacaq. Bununla yanaşı, 40 faiz və ya 0,9 trilyon dollar ənənəvi maliyyə sahəsinin payına düşəcək.
Dünya İqtisadi Forumu nümayəndələri hesab edir ki, yeni texnologiyalar hökumət təşkilatlarına, eləcə də Avropa İttifaqı kimi böyük birliklərə də öz təsirini göstərəcək.

Qeyd edək ki, məlumat bazalarının təşkili sistemi olan blokçeyndən virtual valyutalarla aparılan əməliyyatlar barədə informasiyanın saxlanılması üçün istifadə olunur. Texnologiya, həmçinin bank fəaliyyətində tətbiq edilə bilər. Kriptotexnologiya böyük əməliyyatların aparılması üçün vaxta xeyli qənaət etməyə imkan verir.

Nizam Nuriyev





Baxış sayı: 365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024