12px13px15px17px
Tarix:17/06/11

Rəqəmli TV üçün yeni teleqüllə tikilir

Respublikamızın şimal bölgəsində rəqəmli televiziyanı yüksək keyfiyyətlə təmin etmək üçün Quba rayonunda 73 metr hündürlüyündə yeni televiziya qülləsi tikilir.
Bu barədə İCTnews-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib. Onun sözlərinə görə, bölgədə rəqəmli yayımı üçüncü rübdə təmin etmək mümkün olacaq.
Texniki direktor gələn ilin sonunadək bütün Azərbaycan ərazisinin rəqəmli televiziyanın əhatə dairəsinə qatılacağını qeyd edərək hazırda yayımın Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Lerik stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə etdiyini xatırladıb. Yeniliyin tətbiqi ilə vətəndaşların öz avtomobillərində də televiziya kanallarına kəsintisiz baxması mümkündür.
Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə hələ 2004-cü ilin sentyabrında başlanılıb.



Baxış sayı: 2128

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024