12px13px15px17px
Tarix:20/09/18

Rostov zooparkında robot-kassir işə başlayıb

Rostov Don Dövlət Texniki Universitetinin məzun və tələbələri tərəfindən hazırlanmış “WayBot” adlı xidməti robot Rostov zooparkında işə başlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” resursuna istinadən yazır ki, robot-kassir ziyarətçiləri qarşılayacaq, onlara zoopark haqda məlumat verəcək, giriş üçün bilet satacaq, həmçinin zooparkın saytından satın alınmış biletləri çap edəcək. Bundan başqa, istehsalçıların məlumatına görə, “WayBot” robotu zooparkda olan heyvanlar  haqda aktual xəbərləri sensor ekrana çıxara və keçiriləcək tədbirləri elan edə bilir.
 
Bildirək ki, cari ilin fevralında ictimaiyyətə təqdim edilmiş “WayBot” robotu təkrarlanan əməliyyatlar vaxtı (xidmət haqqı, konsultasiyalar, ekskursiyalar, naviqasiyada kömək, bilet və şəkillərin çapı) insanı əvəz etmək məqsədilə hazırlanıb.
 
Emil Hüseynov





Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024