12px13px15px17px
Tarix:20/09/18

“PlayStation” qurğusunun kiçildilmiş surəti buraxılacaq (VİDEO)

Yaponiyanın “Sony” şirkəti 1994-cü ildə “PlayStation” oyun qurğusunun birinci nəslini təqdim edib. Bu hadisənin 25 illiyi münasibətilə şirkət onun “PlayStation Classic” adlanacaq kiçildilmiş surətini buraxacaq.
  
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yeni qurğunun ölçüsü orijinal “PlayStation” konsolundan təxminən iki dəfə kiçik olsa da, xarici görünüşünə görə oxşar olacaq. Qurğu dəstinə “HDMI” kabeli və iki idarəetmə coystiki daxildir, lakin istifadə üçün 5V-luq “USB AC” adapter də tələb olunur.  

“PlayStation Classic” konsolunun satışlarına dekabrın 3-dən etibarən başlamaq nəzərdə tutulur. Qiyməti 99 dollar təşkil edəcək qurğu üçün ilkin sifarişlər isə artıq indidən qəbul edilir.

Yeni “PlayStation Classic” konsolunda o vaxtın 20 məşhur oyunu, o cümlədən “Final Fantasy VII”, “Jumping Flash”, “Ridge Racer Type 4”, “Tekken 3” və “Wild Arms” əvvəlcədən quraşdırılacaq. Konsola əvvəlcədən quraşdırılacaq oyunların tam siyahısı sonradan açıqlanacaq.

Nizam Nuriyev






Baxış sayı: 477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024