12px13px15px17px
Tarix:29/10/11

Mobil aparat bazarında 13 faiz artım olub

“İDC” şirkətinin analitikləri 2011-ci ilin üçüncü rübü üzrə mobil telefon və smartfonların ən böyük istehsalçılarının bazar paylarını qiymətləndiriblər. 3 ay ərzində bütün dünyada 393,7 milyon mobil aparat tədarük edilib.

Bu göstərici keçən illə müqayisədə 12,8% çoxdur. “İDC” şirkəti qeyd edib ki, satışların artım sürəti smartfon seqmentində azalmış istehlak fəallığına görə bir qədər yavaşıyıb. Ən böyük istehsalçıların siyahısında liderlik edən fin istehsalçısı “Nokia” şirkəti rüb ərzində 106,6 milyon aparat satıb. 1 il ərzində şirkətin payı 31,6-dan 27,1%-ə qədər düşüb.

İkinci yeri Cənubi Koreya istehsalçısı “Samsung” şirkəti tutub. Şirkət 87,8 milyon satılmış aparat sayəsində bazarın 22,3%-ni tutub. Daha bir Cənubi Koreya istehsalçısı “LG Electronics” firması tədarük edilmiş 21.1 milyon telefon və smartfon ilə üçlüyü tamamlayır. Onun payı 8,1-dən 5,4%-ə qədər azalıb.

Dördüncü və beşinci yerləri müvafiq olaraq Çinin “ZTE” şirkəti və Amerikanın “Apple” şirkəti tutub. Digər mobil aparat təchizatçıları birlikdə bazarın 36,1%-ni təşkil edirlər.



Baxış sayı: 1107

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024