12px13px15px17px
Tarix:24/09/18

“Windows” sisteminin idarəetməsi altında işləyən bütün kompüterlər təhlükə altındadır

“Zero Day Initiative”in kibertəhlükəsizlik sahəsində mütəxəssisləri tərəfindən 4 ay bundan əvvəl “Windows” əməliyyat sistemində aşkar edilmiş “sıfır günü” boşluğu hələ də “Microsoft” tərəfindən aradan qaldırılmayıb. Bu haqda mütəxəssislər öz saytında məlumat veriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” resursuna istinadən yazır ki, “Microsoft JET Database Engine” verilənlər bazasının mexanizmində aşkar edilmiş boşluğu aradan qaldırmaq üçün “Microsoft” korporasiyasına daha 120 gün müddət vaxt verilib.
 
Bu boşluq nəticəsində hakerlər kompüterin koduna müdaxilə edə və qurğuya virus quraşdıra bilər.
 
Müdaxilə təhlükəsi “Windows 7” sistemində aşkar edilib, ancaq ekspertlər bütün əməliyyat sistemlərinin bu boşluq qarşısında dayanıqsız olduğunu istisna etmir. Oktyabrda “Microsoft” şirkətindən yeniləmə gözlənilir.
 
Mütəxəssislərin məlumatına görə, hakerlər artıq bu boşluqdan istifadə edərək ABŞ, Rusiya, Ukrayna, Almaniya, Polşa, Böyük Britaniya və başqa ölkələrin istifadəçilərinə hücum ediblər.
 
Emil Hüseynov



Baxış sayı: 533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024