12px13px15px17px
Tarix:25/09/18

“Instagram” təsisçiləri istefaya gedir

“Instagram” sosial şəbəkəsinin baş direktoru Kevin Sistrom və baş texniki direktoru Mayk Kriger istefa verib. Yaxın həftələrdə onların şirkəti tərk edəcəyi gözlənilir. Bu barədə “The New York Times” qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Qazeta” resursuna istinadən yazır ki, nəşrin məlumatına görə, K.Sistrom və M.Kriger istefa ilə bağlı qəbul edilən qərarı sosial şəbəkənin məxsus olduğu “Instagram” və “Facebook” rəhbərliyinin diqqətinə çatdırıblar. Mənbə qeyd edib ki, “Instagram” həmtəsisçiləri istefanın səbəblərini açıqlamayaraq işdən azad olunduqdan sonra istirahət edəcəklərini bildiriblər.  

Qəzet nümayəndələrinin fikrincə, K.Sistrom və M.Kriger “Instagram”ı hazırda “Facebook” şirkətinin yaşadığı ən böyük böhran səbəbi ilə tərk ediblər.   

Nizam Nuriyev





Baxış sayı: 296

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024