12px13px15px17px
Tarix:26/09/18

“Microsoft” korporasiyası “Office 2019” paketini təqdim edib

“Microsoft” şirkəti “Windows” və “Mac” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən kompüterlər üçün “Office 2019” paketini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, ofis paketinə “Word”, “Excel”, “PowerPoint” və “Outlook”, “Project”, “Visio”, “Access” və “Publisher” proqramları daxildir.
 
“Microsoft”un nümayəndələri bildiriblər ki, “Office 2019” paketində əvvəllər “Office 365” “bulud” xidmətində reallaşdırılmış bir sıra yeniləmələr tətbiq edilib. Məsələn, “PowerPoint”də kinematoqrafik təqdimatlar, “Word”də yeni tərcüməçi və “Excel”də qıfaoxşar diaqram və xəritəli diaqramlar əlçatan olub.
 
Xatırladaq ki, “Microsoft”un nümayəndələri hələ fevralda məlumat vermişdilər ki, “Office 2019” paketi “Windows 7” və “Windows 8.1” əməliyyat sistemlərini dəstəkləməyəcək, yalnız “Windows 10” sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlərdə işləyəcək.
 
Emil Hüseynov





Baxış sayı: 941

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024