12px13px15px17px
Tarix:28/09/18

Floridada sürücüsüz məktəbli avtobusunun sınaqları keçirilir

“Transdev” şirkəti ABŞ-ın Florida ştatının Bebkok-Renç şəhərində sürücüsüz məktəbli avtobusunu istifadəyə verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, avtobus məhdud ərazi üzrə hərəkət edəcək və müəyyənləşdirilmiş yerlərdə dayanacaq. Sınaq dövrü ərzində salonda təkcə uşaqlar deyil, eyni zamanda hərəkətin təhlükəsizliyini izləyəcək şirkətin mühəndisi olacaq.

Məlumata görə, nəqliyyat vasitəsi texniki baxımdan saatda 48 km sürətlə hərəkət edəcək, lakin pilot layihəsində onun sürəti 13 km/saatadək məhdudlaşdırılıb. Gələcəkdə şirkət avtobusun fəaliyyət zonasını genişləndirməyi və onu istənilən evə çağırmaq məqsədilə smartfonlar üçün proqram yaratmağı planlaşdırır.

Qeyd edək ki, dünyanın ilk ekoloji təmiz şəhəri olan Bebkok-Rençdə evlər ən yeni yaşıl texnologiyalardan istifadə edilməklə tikilib, restoranlar “fermadan masaya” prinsipi üzrə fəaliyyət göstərir, bütün infrastrukturu günəş enerji stansiyası təmin edir. Bundan başqa, şəhər xidmətlərinin işçiləri küçələrdə elektromobillər vasitəsilə hərəkət edirlər.  

Nizam Nuriyev





Baxış sayı: 379

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024