12px13px15px17px
Tarix:28/09/18

“Xiaomi Redmi Note 6 Pro” smartfonu rəsmi şəkildə təqdim edilib

“Xiaomi Redmi Note 6 Pro” smartfonu Tailandda rəsmi şəkildə təqdim edilib. Yeni aparatın qiyməti 215 dollar təşkil edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, 6,26 düym diaqonallı displey 19:9 tərəflər nisbətinə,  “Full HD+” (2160x1080) təsvir ölçüsünə malikdir. Arxa panelin dizaynı “Xiaomi” pərəstişkarlarına yaxşı tanışdır, əsas hissə metaldan, üst və alt hissələr isə plastikdən işlənib, hazırlanıb.
 
Yeni aparat “Qualcomm Snapdragon 636” prosessoru, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq fləş yaddaşla təchiz edilib. 4000 milliamper/saat tutumunda olan akkumulyator batareyası 6 saat oyun oynamağa, 8,5 saat video izləməyə, 19 saat danışmağa və ya 34 saat musiqi dinləməyə kifayət edir. 3,5 mm-lik konnektor mövcuddur.
 
Ön kamerada 20 və 2 meqapiksellik təsvir datçiklərindən istifadə olunub, diafraqma F/2,0 təşkil edir. Sifətin tanınması texnologiyası üzrə telefonu blokdan çıxarmaq mümkündür, portret rejimi mövcuddur. Əsas kamera 12 və 5 meqapiksellik təsvir datçiklərinə malikdir, diafraqma F/1,9 təşkil edir. Smartfon “MIUI 9” interfeysli “Android 8.1 Oreo” sisteminin idarəetməsi altında işləyir.
 
Sözügedən aparat qara, göy və çəhrayı-qızılı rənglərdə əlçatandır.
 
Emil Hüseynov



Baxış sayı: 526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024