12px13px15px17px
Tarix:01/10/18

“İdeyadan Biznesə” layihəsi çərçivəsində ilk innovasiya düşərgəsi Şəkidə təşkil olunub

"İdeyadan Biznesə" layihəsi çərçivəsində Şəki şəhərində  28-30 sentyabr tarixlərində yerli və xarici texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin, investor və startapçıların iştirakı ilə "İnnoCamp" adı altında innovasiya düşərgə təşkil olunub.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Microsoft" və "Azercell"  şirkəti ilə birgə həyata keçirilən innovativ düşərgə Şəki şəhəri "Marxal" otelində 3 gün davam edib.

 

Əsas məqsəd yerli və xarici texnoparkların, eləcə də innovasiya mərkəzlərinin mütəxəssislərinə təlimlər keçərək yeni biliklər aşılamaq və qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaqla startap ekosisteminin inkişafına dəstək verməkdir.

 

İnnovasiya  düşərgəsi iştirakçılar üçün  əlaqələrini genişləndirmək və yeni əməkdaşlıq qurmaq üçün platforma rolu oynayıb.

 

Gələcəkdə düşərgənin ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur.

 

29-30 sentyabr tarixlərində isə  "İnnoCamp" düşərgəsi öz işini yerli və xarici texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin, investor və startapçıların təqdimat, çıxış və müzakirələri ilə davam etdirib.

 

İnnovasiya düşərgəsində Vyetnam, Qazaxıstan, Gürcüstan, Maldiv adaları və s. kimi ölkələrdən mütəxəssislər iştirak edib.

 

"Microsoft" şirkətinin MDB ölkələri üzrə təhsilin inkişafı missiyasının rəhbəri Nurlan Zanibək geniş təqdimatla çıxış edərək bildirib ki, Azərbaycan innovasiyalarının inkişafı üçün münbit şərait yaradılıb. Onun sözlərinə görə, Azərbaycanın əhalinin sayına görə belə layihələrin miqyasını daha da genişləndirmək imkanı var. N.Zanibək bu sahədə yol xəritəsinin hazırlanması üçün dəstək göstərə biləcəklərini qeyd edib. Eyni zamanda o, təmsil etdiyi şirkət tərəfindən 76 ölkədə keçirilən ideya yarışlarında ("Hackathon") azərbaycanlı startapçıları da iştiraka dəvət edib.

Daha sonra çıxış edən "Microsoft-Azərbaycan"ın rəhbəri Sərxan Həşimov bildirib ki, "Microsoft" tərəfindən beynəlxalq səviyyədə təşkil olunan "Imagine Cup" beynəlxalq innovasiya müsabiqəsi  "İdeyadan Biznesə" layihəsi çərçivəsində dəstəklənəcək.

 

Düşərgə iştirakçılarına "Startapların maliyyələşdirilməsi", "Gələcəyin peşələrinin seçilməsi" , "Blockchain texnologiyası"nın təqdimatı, "Dron texnologiyası üzrə son

yeniliklər", "Əşyalar interneti", "Elektron ticarət – evdən çıxmadan satış yolları" ilə bağlı təqdimatlar keçirilib.

 

Bundan başqa, "Boomeranq kart", "Sağlam Yaşam", "Sumaks", "AREA" kimi startap layihələrinin müəllifləri isə öz uğur hekayələrini bölüşməklə bərabər, layihələri barədə ətraflı məlumat veriblər.

 

Sonda düşərgənin fəal iştirakçıları sertifikatlarla təltif edilib və Şəki şəhərinin tarixi yerlərinə ekskursiya təşkil olunub.











































Baxış sayı: 494

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024