12px13px15px17px
Tarix:02/10/18

“Instagram”a yeni baş direktor təyin edilib

“Facebook”un İnkişaf departamentinin vitse-prezidenti Adam Mosseri “Instagram”ın yeni direktoru təyin edilib. Bu haqda “Reuters” agentliyi məlumat paylaşıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, Adam Mosseri 2008-ci ildə “Facebook”da dizayner kimi çalışmağa başlayıb, həmçinin o, sözügedən sosial şəbəkənin xəbər lentinə nəzarət edirdi. Son zamanlar isə “Instagram” üzərində işlərə məsul bölmələrdən birinin rəhbəri olub.
 
Məlumat üçün bildirək ki, “Instagram” sosial şəbəkəsinin yaradıcıları olan Kevin Sistrom və Mayk Kriqeri sentyabrın sonunda şirkətdən ayrılacaqlarını açıqlamışdılar. Onların gediş səbəbi bilinmir. Qeyd edək ki, Kevin Sistrom və Mayk Kriqer 2010-cu ildə “Instagram” foto xidmətini yaradıblar, 2012-ci ildə isə “Facebook” həmin xidməti 1 milyard dollara satın alıb.
 
Emil Hüseynov





Baxış sayı: 533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024