12px13px15px17px
Tarix:03/10/18

“Instagram” şəbəkəsinin işində qlobal nasazlıq qeydə alınıb

“Instagram” sosial şəbəkəsinin işində bu gün səhər saatlarında qlobal nasazlıq qeydə alınıb. “Downdetector” xidməti bu barədə məlumat verib.
 
 
Bu gün sözügedən sosial şəbəkənin istifadəçiləri səhər saatlarında ximətin işində nasazlıq yaranması barədə şikayət ediblər. “Downdetector” xidmətinin məlumatlarına görə, hazırda bütün dünya ölkələrindən sosial şəbəkənin işində nasazlıq haqda hesabatlar daxil olur.
 
Nasazlıq haqda ən çox məlumat Böyük Britaniya və Hollandiyadan daxil olur, həmçinin Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Polşa, İtaliya, İsveç və başqa ölkələrdə xidmətə girişlə bağlı problem yaşanır.
 
“Instagram” dünyada ikinci populyar sosial şəbəkədir, aktiv istifadəçilərinin sayına görə yalnız “Facebook”dan geridə qalır.




Baxış sayı: 307

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024