12px13px15px17px
Tarix:03/10/18

“USB” qurğular vasitəsilə həyata keçirilən virus hücumları hələ də geniş yayılıb

Təhlükəli avadanlıq reputasiyası qazanmış USB-qurğular əvvəlki kimi şirkətlər tərəfindən geniş istifadə olunur, buna görə hakerlər belə aparatlarda aşkar edilmiş boşluqlardan kiberhücum məqsədilə aktiv istifadə etməyə davam edirlər. Bu haqda "Kasperski Laboratoriyası" antivirus şirkətindən məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, USB qurğulardan inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə daha çox istifadə olunur. Bununla əlaqədar olaraq Asiya, Afrika və Cənubi Amerika kimi regionlar USB qurğular vasitəsilə yayılan zərərli proqram təminatına qarşı daha həssasdır. Həmçinin belə yoluxmalar az miqdarda Avropa və Şimali Amerikada da qeydə alınıb.
 
"Kasperski Laboratoriyası"nın nümayəndəsi bildirib ki, “USB” qurğular əvvəlki illərlə müqayisədə indi virusların yayılmasında daha az effektivdir, çünki insanlar tədricən onların təhlükəli olmasını başa düşür və biznes aləti kimi daha az istifadə edirlər. Ancaq hakerlər çıxarılıb taxılan daşıyıcılardan öz məqsədləri üçün hələ də istifadə edirlər.
 
Emil Hüseynov





Baxış sayı: 818

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024